Bank Of Baku

Əli Həsənov: “Azərbaycanda söz azadlığının vəziyyəti Fransadan, Almaniyadan, İtaliyadan pis deyil”

Əli Həsənov: “Azərbaycanda söz azadlığının vəziyyəti Fransadan, Almaniyadan, İtaliyadan pis deyil”
# 16 noyabr 2009 11:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycanda söz azadlığının vəziyyəti Fransadan, Almaniyadan, İtaliyadan pis deyil”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda söz azadlığının hazırkı durumuna münasibət bildirərkən deyib. Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda söz azadlığının vəziyyəti 1998-ci ildə media üzərindən dövlət senzurası götürüləndən bəri normaldır: “Bəlkə də bu bəzi insanları, bəzi beynəlxalq təşkilatları da qane etmir. Amma əmin edirəm ki, bu gün Azərbaycanda istənilən dövlət qərarını, istənilən məmurun əməlini, fəaliyyətini təhlil etmək, ona qiymət vermək, onun fəaliyyəti ilə bağlı məlumat toplayıb cəmiyyətə təqdim etmək imkanı baxımından Azərbaycan mediası bəzi Avropa dövlətlərindən geridə deyil. O yerdə ki, istənilən jurnalist istənilən dövlət qulluqçusunu, dövləti, onun hansısa qurumunu, büdcə və yaxud digər fəaliyyətini sərbəst şəkildə müzakirəyə çıxarıb onunla bağlı azad mülahizə söyləyə bilirsə, belə olan halda “söz azadlığının vəziyyəti pisdir” demək ədalətsizlikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR