Bank Of Baku

ADP İdarə Heyəti büdcə layihəsini pisləyib

ADP İdarə Heyəti büdcə layihəsini pisləyib
# 16 noyabr 2009 13:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılıb. Parlamentdəki büdcə müzakirələrinə diqqət çəkən İdarə Heyətinin üzvləri elm, təhsil və səhiyyə sahələrinə yetərli maliyyə vəsaitinin ayrılmamasından narahat olduqlarını və bu cür yanaşmanın Azərbaycanın iqtisadi inkişaf fəlsəfəsinə və əhalinin sağlamlığının qorunması sahəsində götürülən öhdəliklərə zidd olduğunu bildiriblər. Qlobal iqtisadi böhranın davam etdiyi bir mərhələdə əhaliyə sosial yardımların məhdudlaşdırılması, aztəminatlı ailələr və təqaüdçülər üçün minimum yaşayışın tələb etdiyi səviyyədən də aşağı hesablamalar aparılması ADP rəhbərliyi tərəfindən pislənilib.

İclasda gənc bloqgerlərin həbsi barədə də müzakirə aparılıb və məhkəmə hökmü siyasi motivli addım kimi dəyərləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR