Bank Of Baku

Bu gün Azərbaycanda Milli Dirçəliş günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş günüdür
# 17 noyabr 2009 08:03 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycanda Milli Dirçəliş günü kimi qeyd olunur. APA-nın məlumatına görə, 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. Bu gün Azərbaycanda Meydan hərəkatının 21-ci ildönümü tamam olur.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoydu. Moskvanın və yerli hakimiyyət orqanlarının səbatsız siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü öz əlinə alan xalq noyabrın 17-də o zaman Bakının mərkəzi meydanına toplaşaraq kütləvi etiraz aksiyasına başladı. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Bu hadisələr milli azadlıq hərəkatının başlanğıcı kimi Azərbaycanın müstəqillik qazanmasının ilkin mərhələsi hesab olunur.

Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra iş günü sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR