Bank Of Baku

Məcburi köçkünlər üçün yeni yaşayış binası istifadəyə verilib

Məcburi köçkünlər üçün yeni yaşayış binası istifadəyə verilib
# 17 noyabr 2009 09:46 (UTC +04:00)
Bakı - APA. Noyabrın 17-də Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binası istifadəyə verilib. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev da iştirak edib.

Bildirilib ki, binanın tikintisinə 2008-ci ildə başlanıb. Obyektin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Binanın yerləşdiyi ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir.

Ərazidə məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilib. Bu mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır.

Yaşayış binasının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Binada qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillər rabitə, su və qaz xətləri ilə təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR