Bank Of Baku

Azərbaycanda bələdiyyələr dövlət reyestrinə alınacaq

Azərbaycanda bələdiyyələr dövlət reyestrinə alınacaq
# 17 noyabr 2009 09:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan bələdiyyələri dövlət reyestrinə alınacaq. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Regional Məsələlər Komitəsinin bugünkü iclasında “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamə layihəsi müzakirə olunarkən bildirilib.

Komitə sədri Arif Rəhimzadə deyib ki, bu sənəd bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamə verilməsi qaydalarını müəyyənləşdirir. Sənədə əsasən Azərbaycandakı bütün bələdiyyələr dövlət reyestrinə daxil olmalı, onlara şəhadətnamə verilməlidir. Bu iş isə MM-in müvafiq strukturu tərəfindən aparılmalıdır. Qeyd olunub ki, şəhadətnamədə bələdiyyələr haqqında bütün məlumatlar öz əksini tapacaq.

Müzakirələr zamanı çıxış edən Komitə üzvü Əhəd Abıyev sənədin çox əhəmiyyətli olduğunu deyib. Onun sözlərinə görə, əsasnamə bələdiyyələrin ərazilərini, mülkiyyətini, torpaqlarını dəqiqləşdirmək üçün çox vacibdir: “Bələdiyyələrin yaranmasından 10 il keçməsinə baxmayaraq, bir çox bələdiyyələrin əraziləri hələ dəqiq müəyyən edilməyib. Bu əsasnamə problemi tam aradan qaldıracaq. Nəinki bələdiyyələrin əraziləri, hətta orda yerləşən təbii sərvətlər, kommunikasiya xətləri, digər obyektlər barədə məlumatlar veriləcək. Bu, bələdiyyələrin inkişafına şərait yaradacaq”.

Müvafiq qurumların təmsilçilərinin iştirakı ilə aparılan müzakirələrdən sonra layihənin daha da təkmilləşdiriləndən sonra müzakirəyə çıxarılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR