Bank Of Baku

DUİ Sədrlər Şurası büdcə layihəsini pisləyib

DUİ Sədrlər Şurası büdcə layihəsini pisləyib
# 17 noyabr 2009 10:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Quruma daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, 17 Noyabr - Milli Dirçəliş Günü və gənc bloqgerlərin həbsi ilə bağlı müzakirələr aparılıb. DUİ rəhbərliyi bloqgerlər haqqında məhkəmə qərarının ədalətsiz olduğunu bildirib və onların dərhal azadlığa buraxılması tələbi ilə çıxış edib.

İclasda 2010-cu ilin dövlət büdcəsi layihəsi də müzakirə edilib. Partiya rəhbərləri dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar, xüsusilə müəllim və səhiyyə işçiləri üçün maaş, təqaüd artımının nəzərdə tutulmamasını pisləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR