Bank Of Baku

Ailə və Əmək məcəllələrinə, “Uşaq hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər olunması nəzərdə tutulur

Ailə və Əmək məcəllələrinə, “Uşaq hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər olunması nəzərdə tutulur
# 17 noyabr 2009 13:18 (UTC +04:00)
Bakı-APA. Milli Məclisin (MM) Sosial Siyasət Komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər haqqında” Referendum Aktının təsdiq ilə bağlı bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər layihəsi müzakirə edilib. Bu barədə Komitə sədri Hadı Rəcəbli məlumat verib. H. Rəcəbli bildirib ki, bununla bağlı Ailə və Əmək məcəllələrinə, “Uşaq hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər olunması nəzərdə tutulub. Bu dəyişikliklər sırf uşaq hüquqların müdafiəsi ilə bağlıdır. Layihəyə əsasən 15 yaşına çatmayan uşaqların işə götürülməsi qanunla qadağan olunacaq. Qanunu pozanlar isə məsuliyyətə cəlb ediləcəklər.

Müzakirələrdən sonra layihə MM-in plenar iclasına tövsiyə olunub.

İclasda həmçinin UNİSEF-lə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. QHT-lərin sosial qanunvericilik prosesinə cəlb edilmə haqda da müzakirələr aparılıb.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri
Azay Quliyev QHT-lərin sosial qanunvericilik prosesinə cəlb olunmasını mühüm mərhələ kimi qiymətləndirib, bunun sosial qanunvericiliyin daha da mükəmməlləşdirilməsi üçün faydalı olacağını bildirib. H. Rəcəbli isə deyib ki, bu sahəyə qrantlar da ayrıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR