Bank Of Baku

Vitse-spiker: “Hüquqlarının pozulduğunu hesab edənlər növbəti məhkəmə instansiyasına müraciət edə bilərlər”

Vitse-spiker: “Hüquqlarının pozulduğunu hesab edənlər növbəti məhkəmə instansiyasına müraciət edə bilərlər”
# 17 noyabr 2009 14:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “İstər istintaqın gedişi, istər məhkəmə prosesi zamanı, istərsə də ondan sonrakı dövrdə verilən bəyanatlar məsələnin mahiyyətinə və onun nəticəsinə təsir etməyən fikirlərdir”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova bloqqerlər Emin Milli və Adnan Hacızadənin barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı verilən bəyanatları şərh edərkən deyib. Vitse-spiker bildirib ki, məhkəmələrin müstəqil olmasını istəyiriksə, bu şəkildə təzyiqlər qəbuledilməzdir. Onun sözlərinə görə, hüquqlarının pozulduğunu hesab edənlər növbəti məhkəmə instansiyasına müraciət edə bilərlər.

Parlamentin sədr müavini sözügedən məhkəmə hökmü ilə bağlı Azərbaycana qarşı beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Şurası tərəfindən hansısa sanksiyaların tətbiq ediləcəyini düşünmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR