Bank Of Baku

Azərbaycanda söz azadlığı və insan haqlarının vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycanda söz azadlığı və insan haqlarının vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib
# 17 noyabr 2009 15:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azadlıq” blokunun təşəbbüsü ilə Azərbaycanda söz azadlığı və insan haqlarının vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Azərbaycanda demokratiya və insan haqları sahəsində ciddi problemlərin olduğunu bildirib. Son vaxtlar ölkədə demokratiya, insan haqları və söz azadlığı sahəsində vəziyyətin pisləşdiyini qeyd edən AXCP sədri məsələyə beynəlxalq təşkilatların müdaxiləsinin vacib olduğunu vurğulayıb. Ə. Kərimli gənc bloqqerlərin həbsini də pisləyib.

Tədbirdə hüquq müdafiəçiləri Leyla Yunus, Səidə Qocamanlı və digərləri hazırkı vəziyyətdən çıxış yollarını təklif ediblər.

Dəyirmi masanın sonunda beynəlxalq təşkilatlara və AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasselə müraciət qəbul olunub. Müraciətdə Azərbaycanda siyasi məhbuslar sahəsində problemlərin olduğu bildirilir: “Digər məruzəçilərin səyi nəticəsində bu vaxta qədər ölkədə bir sıra siyasi məhbuslar azadlığa buraxılıb. Ona görə də Sizi vəzifənizin icrasına məsuliyyətlə yanaşmağa çağırırıq”.

Beynəlxalq təşkilatlara edilən müraciətdə isə Azərbaycanda baş verənlərə ciddi reaksiya verilməsi ilə bağlı çağırış əksini tapıb: “Düzdür, beynəlxalq təşkilatlar burada baş verənlərə bəyanat formasında münasibət bildirir, amma bu, müsbət nəticələr vermir. Ona görə də Azərbaycanla bağlı beynəlxalq təşkilatlar daha prinsipial mövqe tutmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR