Bank Of Baku

Milli Məclisin xüsusi plenar iclası keçiriləcək

Milli Məclisin xüsusi plenar iclası keçiriləcək
# 18 noyabr 2009 13:42 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Noyabrın 20-də Milli Məclisin xüsusi plenar iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov APA-ya açıqlamasında bildirib ki, xüsusi iclas BMT Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunacaq: “Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edəcəyi iclasda millət vəkilləri ilə yanaşı, beynəlxalq təşkilatlardan və dövlət qurumlarından olan qonaqlar da iştirak edəcək”.

A. Nəsirov iclasın iki saat davam edəcəyini söyləyib: “Toplantıda əsasən uşaq hüquqları sahəsində vəziyyət, onların hüquqlarının qorunması ilə bağlı tədbirlər haqqında məlumat veriləcək” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR