Bank Of Baku

Norveç miqrasiya xidmətinin əməkdaşları Sərdar Cəlaloğlu ilə görüşüblər

Norveç miqrasiya xidmətinin əməkdaşları Sərdar Cəlaloğlu ilə görüşüblər
# 18 noyabr 2009 13:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Norveç Krallığının miqrasiya xidmətinin əməkdaşları Hans Arne Kjelsas və Ayselin Ring Hansenlə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP qərargahında keçirilən görüşdə ölkədəki siyasi vəziyyət, partiyanın baş verən ictimai-siyasi proseslərə münasibəti, ölkələr arasında miqrasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə partiya sədrinin birinci müavini Həsrət Rüstəmov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR