Bank Of Baku

Əli Əhmədov: “Bu gün Azərbaycanda hər 10 nəfərdən biri YAP-ın üzvüdür”

Əli Əhmədov: “Bu gün Azərbaycanda hər 10 nəfərdən biri YAP-ın üzvüdür”
# 18 noyabr 2009 14:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, əvvəlcə YAP-ın Nizami rayon təşkilatının yeni tikilmiş binasının açılış mərasimi keçirilib. Sonra tədbir rayon təşkilatının binasında başlayıb. Tədbirə YAP Siyasi Şurasının üzvləri, deputatlar və partiya fəalları qatılıb.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov çıxışında bildirib ki, YAP 17 il ərzində hər fəaliyyəti ilə qələbə qazanıb: “İnsanların partiyaya axın etməsi onunla bağlıdır ki, bu partiyanın kökündə səmimiyyət dayanır. Məhz buna görə də hazırda partiya üzvlərinin sayı 500 minə yaxındır. Yəqin ki, bu ilin sonuna kimi 500 mininci üzvün təntənəli şəkildə partiyaya qəbuluna nail olacağıq. Bu gün Azərbaycanda hər 10 nəfərdən biri YAP-ın üzvüdür”. Ə. Əhmədov partiya sıralarına cəmləşən insanların dövlətə, xalqa və Heydər Əliyevə bağlı şəxslər olduğunu vurğulayıb. Sədr müavini hazırda partiya üzvlərinin 40 faizini gənclərin təşkil etdiyini və bunun da partiyanın gücündə və gələcək perspektivində əhəmiyyətli rol oynadığını qeyd edib.

YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov isə YAP-ın təsis edildiyi dövr barədə danışıb.

Tədbirdə partiya rəhbərliyinə daxil olan digər şəxslər də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR