Bank Of Baku

Prezident “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə” qanunu təsdiqləyib

Prezident “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə” qanunu təsdiqləyib
# 18 noyabr 2009 20:54 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə” qanununun tətbiq edilməsi haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının sözügedən qanunlara uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanunlara uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin, öz səlahiyyətləri daxilində bu qanunlardan irəli gələn digər məsələləri həll etsin.

Qeyd edək ki, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə” qanun Milli Məclisdə bu il oktyabrın 20-də qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR