Əli Hüseynov: “Hansısa səfirliyin və ya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bloqqerlərin həbsi ilə bağlı bəyanat verməsi Azərbaycanın daxili işinə müdaxilədir” - MÜSAHİBƏ
- Azərbaycanda üzrə məruzəçilərin obyektiv olmaları, ölkədə gedən prosesləri düzgün qiymətləndirmələri və bunu hesabatlarında əks etdirmələri vacibdir. Biz daim Ermənistanda gedən prosesləri, oradakı gərginliyi, vətəndaş qarşıdurmasını müşahidə edirik. Lakin bütün bunların fonunda bu ölkə üzrə məruzəçilər baş verənlərə göz yumub, ölkəni daim müsbət fonda çatdırmaq istəyirlər. Bizim heç bir ehtiyacımız yoxdur ki, Azərbaycanda gedən demokratik islahatlar, Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərlə bağlı kimsə bizə fərqli mövqe nümayiş etdirsin. Bizə lazım olan odur ki, Azərbaycanda gedən proseslər obyektiv çatdırılsın. Bu baxımdan yeni məruzəçinin obyektiv olması istəyindəyik. Biz qeyri-obyektiv münasibətin çox şahidi olmuşuq. Ümidvarıq ki, yeni məruzəçi obyektiv olacaq və bizim səmərəli münasibətlərimiz formalaşacaq.
- Azərbaycan üzrə məruzəçilərin təyin olunması nə vaxt başa çatacaq?
- Azərbaycan monitorinq altında olan ölkədir. Yeri gəlmişkən, həmişə bu məsələni qaldırırıq ki, artıq monitorinq prosesi başa çatmalıdır. Nə qədər monitorinq prosesi mövcuddur, ölkə üzrə məruzəçi olacaq.
- Yeri gəlmişkən, bu günlərdə Avropa Şurasının baş katibi, o cümlədən bir neçə ölkənin Azərbaycandakı səfirlikləri bloqqerlərə çıxarılan məhkəmə hökmünə sərt reaksiya veriblər. Sizin bu məsələyə münasibətiniz necədir?
- Biz, ilk növbədə, beynəlxalq qurumların mövqeyi ilə xarici ölkələrin səfirliklərinin və Xarici İşlər nazirliklərinin mövqeyini fərqləndirməliyik. Azərbaycan Avropa Şurasının üzvüdür. Biz bu təşkilata üzv qəbul olunmuşuq və Avropaya inteqrasiya yolunu seçmişik. Bu təşkilat qarşısında bir sıra öhdəliklərimiz mövcuddur. Bunlar həm qanunvericilik, həm də insan hüquqları ilə bağlıdır. Biz Avropa Konvensiyasına aid hüquqi məkanda yaşayırıq. Bu baxımdan Avropa Şurası baş katibinin adıçəkilən məsələ ilə bağlı fikir söyləməsi prinsip etibarı ilə normal haldır. Onlar müxtəlif dövrlərdə seçki prosesi, insan hüquqlarının vəziyyəti ilə bağlı fikirlər söyləyirlər. Bu fikrin mənfi, ya müsbət olması isə başqa məsələdir. Yəni Avropa Şurası rəsmisinin hər hansı məsələ ilə bağlı fikir söyləməsi ümumən qəbul olunandır. Ancaq mən bu fikrin kəskinliyi ilə razı deyiləm. Çünki burada müəyyən ziddiyyət var. Bəyanatda baş katibin hökmün ağırlığı ilə bağlı narahat olduğu bildirilir. Sonra qeyd olunur ki, bu hökm xuliqanlıq hadisəsi ilə yox, fikir azadlığının ifadəsi ilə bağlıdır. Söhbət cəzanın ağırlığından gedirsə, bu o deməkdir ki, hökmün, yəni ittihamın mahiyyəti qəbul olunur. Belə çıxır ki, onların xuliqanlıqda ittiham edilməsini prinsipcə qəbul edirlər. Ancaq narahatdırlar ki, cəza daha ağırdır. Yəni bəyanatda belə bir ziddiyyət var. Düşünürəm ki, bu məsələdə daha nəzakətli mövqe tutmalı idilər. Məsələnin mahiyyətini daha dərindən öyrənib, fikir bildirmək olardı. Bu fikir daha balanslaşmış olmalı idi.
- Səfirliklərin reaksiyasını necə xarakterizə edərdiniz?
- Bir sıra xarici ölkənin səfirliklərinə gəlincə, bu, artıq başqa məsələdir. Əvvəla onu deyim ki, hər hansı ölkənin səfirliyinin və ya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bu məsələ ilə bağlı bəyanat verməsi ümumiyyətlə başa düşülmür. Bu bizim daxili işimizə müdaxilədir. Macarıstanda Azərbaycan Ordusunun Zabiti Ramin Səfərov həbs olundu və ona olduqca ağır cəza verildi. Biz məgər Macarıstan məhkəmə hüquq sistemini şübhə altına qoyduq? Biz hüquqi vasitələr axtarırdıq ki, ona kömək edək. Mən hüquqşünas kimi o mövqedə idim ki, Ramil Səfərovla bağlı çıxarılan hökm çox ağırdır. Orada ömürlük həbsdən yox, başqa sanksiyadan söhbət getməli idi. Ancaq bizim nə səfirliyimiz, nə də Xarici İşlər Nazirliyi nota verdi. Yəni bir ölkənin başqa bir ölkənin daxilində hüquq sistemi, insan hüquqları və digər məsələlərlə bağlı bəyanatlar verməsi bütövlükdə beynəlxalq hüquqa zidd məsələdir. Bu mənada Azərbaycan Xarici İşlər Nazirliyinin mövqe bildirməsi çox düzgündür. Ümumiyyətlə, Norveç Azərbaycanda baş verən proseslərə qeyri-obyektiv mövqedən yanaşır. Norveç tərəfindən maliyyələşdirilən və onlar tərəfindən yaradılan qeyri-hökumət təşkilatları da seçki və digər proseslərdə müdaxilələr edirlər. Almaniya ilə bağlı isə fərqli fikirdəyəm. Bizim Almaniya ilə çox sıx münasibətlərimiz var. Onlar bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox obyektiv mövqedən çıxış edirlər. Lakin bu məsələdə müxtəlif yazışmalar nəticəsində yaranan münasibətlərdən tələsik mövqe ortaya qoyulub. Bir sözlə dövləti birbaşa təmsil edən icra strukturlarının belə mövqe göstərməsi anormal haldır və buna son qoyulmalıdır. Situasiya aydındır və belə şəraitdə hüquqi yollar tapılmalıdır. Bəziləri deyir ki, bloqqerlərin həbsi ilə bağlı nümunələr xarici ölkələrdə də mövcuddur. Bizim əlimizdə konkret xuliqanlıq ittihamı var. Heç bir ölkədə, o cümlədən Azərbaycanda fikir azadlığına görə insanlar həbs olunmamalıdır. Bizim ölkəmizdə belə hallar yoxdur. Ona görə də bu paralellərin aparılmasının əleyhinəyəm. İttiham konkretdir və xuliqanlıq elementidir. Kimsə bunu qəbul etmirsə, əksini sübut etməlidir. Yanaşma bu cür olmalıdır.
- İnsan Hüquqları üzrə yeni Ombudsmanın Milli Məclisdə təsdiqi nə vaxt olacaq?
- Hər şeydən əvvəl deyim ki, sözügedən məsələ ilə bağlı Konstitusiya qanununa edilən dəyişiklik 6 aydan sonra təkrar səsverməyə çıxarılmalıdır. Yəni 6 ay müddəti hələ başa çatmayıb. Yeni Ombudsmanla bağlı hər hansı təklif və ya namizəd isə hələlik Milli Məclisə daxil olmayıb.
- Hazırkı Ombudsman növbəti müddətə seçilə bilər?
- Bunu Milli Məclis səsvermə yolu ilə həll edəcək. Ancaq onu deyim ki, hüquq buna imkan verir.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
ABŞ Dövlət Departamenti Ukraynaya 2,68 milyard dollarlıq HHM sistemləri və sursat satışını təsdiqləyib
Heqset: ABŞ-İran müharibəsində itkilərlə bağlı məlumatların azaldılması barədə iddialar tamamilə yalandır
ABŞ-ın rəqibləri Qrenlandiyada hərbi baza yerləşdirə bilməyəcək
Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılaşdığını açıqlayıb
Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb