Bank Of Baku

KXCP DSK-lardan narazıdır

KXCP DSK-lardan narazıdır
# 19 noyabr 2009 13:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) dairə seçki komissiyaları ilə bağlı məhkəmələrə müraciət etmək fikrindədir. Partiyanın sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, DSK-lar KXCP-nin əksər üzvlərinin namizədliyini qeydə almaqdan müxtəlif bəhanələrlə imtina edirlər. Partiya sədri hər dairədə müxtəlif problemlərin yaradıldığını vurğulayıb: “Hər seçki dairəsində bizim yalnız bir namizədimizi qeydə alırlar. Bildirirlər ki, bir nəfərdən artıq üzvümüzü qeydə ala bilməzlər. Qeydiyyatı bu günə qədər yubadılan üzvlərimiz də var. Amma biz artıq bilirik ki, hər dairədə bir nəfərdən çox üzvümüzü qeydə almayacaqlar”.

M. Mirəlioğlu artıq bir sıra partiya üzvlərinin məhkəmə orqanlarına müraciət etdiklərini deyib. O, KXCP üzvlərinin əksəriyyətinin namizədliyinin partiya tərəfindən irəli sürülmədiyini də söyləyib: “Sənədləşmə üçün maliyyə vəsaiti olmadığı üçün bir sıra üzvlər namizədliklərini öz təşəbbüsləri ilə irəli sürüblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR