Bank Of Baku

Milli Məclisin BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 iliyinə həsr edilən xüsusi iclası keçirilir

Milli Məclisin BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 iliyinə həsr edilən xüsusi iclası keçirilir
# 20 noyabr 2009 10:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin (MM) xüsusi iclası başlayıb. APA-nın xəbərinə görə, iclas BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin 20 iliyinə həsr edilib. İclasda UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervord, Ombudsman Elmira Süleymanova, QHT rəhbərləri, uşaq hüquqları ilə bağlı qurumların rəhbərləri iştirak edir. İclası açan spiker Oqtay Əsədov hər bir millətin ən dəyərli sərvətinin uşaqlar olduğunu qeyd edərək Azərbaycanda 2009-cu ilin uşaq ili elan olunduğunu xatırladıb. Spiker deyib ki, Azərbaycan dövləti uşaqlara daim diqqət göstərir, ölkədə uşaq hüquqları ilə bağlı müasir qanunvericilik formalaşıb: “İndiyə kimi uşaq hüquqları ilə bağlı 10 qanun qəbul edilib, ümumilikdə isə Azərbaycanda 70-dən çox qanunda, 10 məcəllədə uşaq hüquqlarından bəhs edilir”.

Spiker ölkədə uşaqlarla bağlı xüsusi dövlət proqramlarının icra olunduğunu, Azərbaycanda bu sahəyə nəzarət edən komitə yaradıldığını, Heydər Əliyev Fondunun uşaqlara xüsusi qayğı göstərdiyini də qeyd edib.

İclasda Ombudsman Elmira Süleymanova, MM-in Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervord çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR