Bank Of Baku

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümüdür

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümüdür
# 21 noyabr 2009 07:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ildönümü tamam olur. APA-nın məlumatına görə, partiyanın təsis qurultayı 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında keçirilib. Təsis qurultayında Heydər Əliyev partiyanın sədri seçilib və YAP qısa müddətdən sonra Azərbaycanda hakim partiyaya çevrilib. Hazırda partiyaya prezident ilham Əliyev sədrlik edir.

YAP sədrinin müavini Əli Əhmədov partiyanın rəsmi saytına müsahibəsində bu siyasi qurumun üzərinə düşən tarixi missiyaları layiqincə yerinə yetirə bildiyini qeyd edib: “YAP-ın qarşısına qoyduğu başlıca vəzifələr var və bu vəzifələrin yerinə yetirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük, çoxşaxəli işlər aparılmaqdadır. Bu işlər Azərbaycanın böyük inkişaf yolu keçərək yüksək zirvəyə gəlib çatacağına tam zəmanət verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR