Bank Of Baku

AMİP bələdiyyə seçkiləri ilə əlaqədar başqa partiyalarla əməkdaşlıq planlaşdırmır

AMİP bələdiyyə seçkiləri ilə əlaqədar başqa partiyalarla əməkdaşlıq planlaşdırmır
# 23 noyabr 2009 11:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bələdiyyə seçkiləri ilə əlaqədar hər hansı partiya ilə əməkdaşlıq planlaşdırmır. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya bildirib ki, hər hansı müxalifət partiyasının bütün seçki dairələrində namizəd irəli sürəcəyini düşünmür. Onun fikrincə, partiyalar arasında əməkdaşlıq səmimiyyət və qarşılıqlı marağa əsaslanmalıdır: “Biz heç vaxt əməkdaşlıq xətrinə əməkdaşlıq etməmişik. Hər halda istəyirik ki, qurduğumuz əməkdaşlıq möhkəm olsun. Yoxsa bir tərəfdən əməkdaşlıq müqaviləsi imzalansın, digər tərəfdən bu əməkdaşlıq qüvvəyə minməsin, işləməsin... Bu, düzgün deyil. Siyasi fəaliyyətimizdə belə bir hadisə başımıza gəlib. 2003-cü ilin prezident seçkilərində AXCP Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi üçün guya bizimlə birlikdə “Qələbə” bloku yaratdı. Amma məsələ konkret işə qalanda, onlar AMİP-i müdafiə etmədilər. Biz belə əməkdaşlıqdan çəkinirik və acı təcrübəsini, nəticələrini götürmüşük”.

Ə. Orucov indiyə qədər AMİP-in 115 üzvünün bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alındığını da əlavə edib. Bu namizədlərdən 38-i partiya mənsubiyyətini göstərib, digərləri isə bitərəf kimi namizəd olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR