Bank Of Baku

Ramiz Mehdiyev: “Televiziyalar tənqiddən biz gözlədiyimiz səviyyədə nəticə çıxarmayıblar”

Ramiz Mehdiyev: “Televiziyalar tənqiddən biz gözlədiyimiz səviyyədə nəticə çıxarmayıblar”
# 23 noyabr 2009 12:31 (UTC +04:00)
APA-nın əməkdaşının “Azərbaycanın efir məkanı ilə bağlı məqalənizin dərcindən ötən müddət ərzində telekanalların fəaliyyətində hansı dəyişikliklər baş verib” sualına cavab olaraq R. Mehdiyev bunları bildirib: “Televiziya bizim həyatımızda çox mühüm rol oynayır. İnsanların məlumat almasında, tərbiyə olunmasında telekanalların böyük rolu var. Lakin televiziya kanallarında müəyyən proseslər var idi ki, Azərbaycan tamaşaçısının intellektual səviyyəsi ilə kifayət qədər ayaqlaşmır. Ona görə də bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu dəyişiklik telekanallarda da baş tutmalıdır. Daha intellektli vətəndaş formalaşması üçün telekanallar öz mövqelərini ortaya qoymalıdır. Ona görə bu sahədə ciddi dəyişikliklər olmalıdır”.

PA rəhbəri deyib ki, telekanallarda tok-şoular da, digər intellektual verilişlər də hazırlanmalıdır: “Bu verilişlərin məzmunu, mahiyyəti insanların zövqünə cavab verməlidir. Çox təəssüflər olsun ki, hələ o mənada telekanallarda baş verən dəyişikliyi hiss etmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR