Bank Of Baku

BAXCP Azərbaycan prezidentinin Dağlıq Qarabağ problemi ilə bağlı son çıxışını dəstəkləyir

BAXCP Azərbaycan prezidentinin Dağlıq Qarabağ problemi ilə bağlı son çıxışını dəstəkləyir
# 23 noyabr 2009 12:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonuna səfəri zamanı Dağlıq Qarabağ problemi ilə bağlı çıxışını yüksək dəyərləndirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BAXCP İdarə Heyətinin bu gün keçirilən iclasında bildirilib ki, Azərbaycan torpaqlarının hərbi yolla azad edilməsi üçün ölkənin bütün potensialı səfərbər olunmalıdır. BAXCP həmçinin, Azərbaycanın bütün siyasi qüvvələrini və ölkə ictimaiyyətinin bütün təbəqələrini prezident İlham Əliyevin son çıxışına münasibət bildirməyə çağırıb.

İclasda İranla Azərbaycan arasında viza rejimi ilə bağlı müzakirə aparılıb və Azərbaycan Respublikasının da İranla viza rejiminin götürülməsi istiqamətində addım atılması vacib hesab edilib. Partiya həmçinin Türkiyə ilə də viza rejiminin aradan qaldırılmasını məqsədəuyğun sayıb.

İclasda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə diqqət yetirilib və partiyanın bələdiyyələrə namizədlərinin qeydə alınması ilə bağlı bir sıra bölgələrdə süni maneələrin yaradıldığı bildirilib. BAXCP İdarə Heyəti ayrı-ayrı şəhər və rayonlarda baş verən qanunsuz hərəkətlərdən narahatlığını bildirib və müvafiq icra qurumlarının seçki prosesinə müdaxiləsinə son qoymağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR