Bank Of Baku

Azərbaycan prezidenti Ağsu və İsmayıllı əhalisinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Ağsu və İsmayıllı əhalisinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması haqqında sərəncam imzalayıb
# 23 noyabr 2009 16:58 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Ağsu və İsmayıllı rayonlarında əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, bu məqsədlə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Ağsu rayon İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 8000 nəfərə qədər əhalinin yaşadığı İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan və Vəng kəndlərinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması üçün Göyçay çayından 35 km uzunluğunda su kəmərinin çəkilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə isə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan İsmayıllı rayon İcra Hakimiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR