Bank Of Baku

AVCİYA Lənkəranda müşahidəçiləri maarifləndirir

AVCİYA Lənkəranda müşahidəçiləri maarifləndirir
# 23 noyabr 2009 23:27 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə növbəti seminarı Lənkəran şəhərində keçirib.

AVCIYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar iştirakçıları yerli özünüidarə sahəsində yerli və beynəlxalq təcrübə, həmçinin AVCİYA-nın bələdiyyə seçkiləri ilə bağlı gördüyü işlər haqqında məlumatlandırılıb. Daha sonra MSK-nın yeni təlimatları, müşahidəçilərin hüquq və vəzifələri, davranış qaydaları və seçki günü lazım olan sənədlər barədə geniş məlumat verilib.

Tədbirin sonunda iştirakçıların suallarına cavablar verilib, müxtəlif təklif və tövsiyələr müzakirə olunub. Bundan başqa, tədbir iştirakçılarına AVCİYA Seçki Qərargahının hazırladığı “2009-cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabçası” təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR