Bank Of Baku

Aydınlar Partiyası dövlət qeydiyyatına alınıb

Aydınlar Partiyası dövlət qeydiyyatına alınıb
# 25 noyabr 2009 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Aydınlar Partiyası dövlət qeydiyyatına alınıb. Bu barədə APA-ya partiyanın sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Partiyanın qeydiyyat şəhadətnaməsi Q. Əlibəyliyə bu gün təqdim olunub. Partiya isə Ədliyyə Nazirliyinin noyabrın 19-da keçirilən Kollegiya iclasında qeydə alınıb.

Q. Əlibəyli bildirib ki, partiyanın dövlət qeydiyyatına alınmasından sonra fəaliyyətlərini daha da gücləndirə biləcəklər: “Bundan sonra biz rəsmi partiya olaraq fəaliyyət göstərəcəyik və yerlərdə təşkilati işləri sürətləndirəcəyik. 2010-cu ildə bütün rayonlarda yerli təşkilatlarımızı yaratmağa çalışacağıq”.

Qeyd edək ki, Aydınlar Partiyası Azərbaycanda dövlət qeydiyyatına alınan 54-cü partiyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR