Bank Of Baku

Müsavat Partiyasında Böyük Britaniya səfirliyinin katibi ilə görüş keçirilib

Müsavat Partiyasında Böyük Britaniya səfirliyinin katibi ilə görüş keçirilib
# 25 noyabr 2009 11:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın qərargahında Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə katibi, xanım Katrin Klivlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri, seçki kampaniyası dövründə yol verilən qanun pozuntuları və digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin azad və ədalətli seçkilərin keçirilməsi üçün vacib amillər, demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün Azərbaycanın siyasi təşkilatlarının, eləcə də beynəlxalq birliyin atmalı olduğu zəruri addımlar haqqında danışılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR