Bank Of Baku

Avropa Xalq Partiyasının nümayəndələri YAP-da və Milli Məclisdə görüş keçiriblər

Avropa Xalq Partiyasının nümayəndələri YAP-da və Milli Məclisdə görüş keçiriblər
# 25 noyabr 2009 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Avropa Xalq Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Nikola Briki və qurumun siyasi müşaviri Xuan Aleksandro Van Nessi ilə görüş keçirib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, Ə. Əhmədov partiya, onun həyata keçirdiyi siyasət və əldə etdiyi uğurlar, həmçinin Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlər və onların yaşayışı haqqında qonaqlara geniş məlumat verib.

YAP-la tanışlıqdan sonra AXP nümayəndələri Milli Məclisdə olub və ayrı-ayrılıqda Milli Məclisin ATƏT və AŞ PA-dakı nümayəndə heyətlərinin üzvləri ilə görüşlər keçiriblər. Görüşlərdə Milli Məclisin sədr müavini Bahar Muradova və Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın siyasi sistemi, həyata keçirdiyi xarici siyasət və demokratik islahatlar haqqında qonaqlara məlumat veriblər.

Qeyd edək ki, AXP nümayəndələri YAP-ın dəvəti ilə Azərbaycana gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR