Bank Of Baku

İşgəncələr Əleyhinə Komitə bölgələrdə bələdiyyə seçkiləri ilə əlaqədar monitorinq keçirir

İşgəncələr Əleyhinə Komitə bölgələrdə bələdiyyə seçkiləri ilə əlaqədar monitorinq keçirir
# 25 noyabr 2009 19:14 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. İşgəncələr Əleyhinə Komitənin üzvləri bölgələrdə bələdiyyə seçkiləri ilə əlaqədar monitorinq keçirir.

Bu barədə APA-nın Mil-Muğan bürosuna komitənin regional bölməsinin rəhbəri Mehdi Səlimov məlumat verib.

Onun dediyinə görə, komitə üzvləri Şirvan şəhəri və Hacıqabul, Salyan və Neftçala rayonlarında seçki günü də daxil olmaqla seçkiyə qədərki dövrdə bələdiyyə üzvlüyünə namizədlərlə davamlı görüşlər keçirəcək. Görüşlərdə məqsəd namizədlərə hər hansı təzyiqlərin olub-olmamasını araşdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR