Bank Of Baku

ATƏT DTİHB-in nümayəndəsi Emin Milli və Adnan Hacızadə ilə görüşüb

ATƏT DTİHB-in nümayəndəsi Emin Milli və Adnan Hacızadə ilə görüşüb
# 26 noyabr 2009 08:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun insan hüquqları şöbəsinin rəhbər müavini Asya İvançeva Bakı İstintat Təcridxanasında saxlanan bloqqerlər Emin Milli və Adnan Hacızadə ilə görüşüb. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdən sonra Asya İvançeva apellyasiya mərhələsində ədalətli məhkəmə araşdırılması aparılmasını vacib sayıb: “Biz Emin Abdullayev və Adnan Hacızadənin məhkəmə prosesində prosessual pozuntulara yol verildiyi barədə məlumatlardan narahatıq və hakimiyyəti apellyasiya prosesində ədalətli məhkəmə təhqiqatı normalarını tam şəkildə təmin etməyə çağırırıq”. Asya İvançeva Emin Milli və Adnan Hacızadənin saxlanma şəraitindən narazı olmadıqlarını, Azərbaycan hakimiyyətinin ATƏT nümayəndə heyətinin səfərinə hər cür şərait yaratdıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR