Bank Of Baku

Azərbaycan millət vəkili Masallı rayonunda baş vermiş hadisələrlə bağlı açıqlama verib

Azərbaycan millət vəkili Masallı rayonunda baş vermiş hadisələrlə bağlı açıqlama verib
# 26 noyabr 2009 10:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan Milli Məclisinin deputatı Əhəd Abıyev jurnalistlərə Masallı rayonunda iş adamı Çingiz Həşimov və onun oğlu Yavər Həşimovun həbsi ilə bağlı yaranmış vəziyyət barədə açıqlama verib. APA-nın məlumatına görə, Ə. Abıyev bildirib ki, Masallı rayonunda baş verən hadisələr düzgün təhlil olunmalıdır. Deputat hamını obyektiv olmağa çağırıb və Masallıda bir neçə gün əvvəl 4 minə yaxın sakinin etiraz aksiyası keçirdiyini söyləyib: “Milli Məclisin üzvləri Masallıda olanda sakinlər bizə müraciət edib rayonda olan real vəziyyət barədə məlumat verdilər. Mənim heç kimlə münaqişəm yoxdur, Çingiz Həşimov və onun oğlunun qanunsuz həbsi ilə bağlı öz sözümü demişəm. Çingiz Həşimovla mənim heç bir yaxın əlaqəm yoxdur. Çingiz Həşimovun əmisi oğlu Ədalət Həşimov Respublika Prokurorluğunda yüksək vəzifə tutur. Mən Ədalətdən Çingizin həbsinə niyə münasibət bildirmədiyini soruşdum. Dedi ki, onu otaqdan bayıra buraxmırlar. Respublikada bütün hüququ-mühafizə orqanları bu məsələdən xəbərdardır”.

Ə. Abıyev Prezident Administrasiyasında yüksək vəzifəli şəxslərin qəbuluna düşə bilmədiyini də deyib.

Masallı rayonunun İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin ünvanına ittihamlar səsləndirib: “Hamı başa düşür ki, Masalıda qanunsuzluqlar baş verir. Mənim dediyim bütün sözlərin əsası var və bunları sübut edəcəyəm”.

Ə. Abıyev bildirib ki, Masallı rayon Mərkəzi Poçtuna müdir vəzifəsinə bir həftə əvvəl təyinat almış şəxs əvvəllər rüşvət almaq ittihamı ilə həbs edilib.

“Mən bu fikirləri səsləndirdiyim üçün həyatıma hər hansı təhlükə olacağından qorxmuram. Mən YAP üzvüyəm və YAP üzvü kimi heç kimdən qorxmuram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR