Bank Of Baku

Azərbaycanın insan haqları Müvəkkili (Ombudsman) haqqında Konstitusiya qanunu Milli Məclisdə təkrar səsvermədən keçib

Azərbaycanın insan haqları Müvəkkili (Ombudsman) haqqında Konstitusiya qanunu Milli Məclisdə təkrar səsvermədən keçib
# 26 noyabr 2009 10:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili (Ombudsman) haqqında Konstitusiya qanununa 2009-cu il 18 mart tarixli dəyişiklik təkrar səsvermədən keçib. APA-nın məlumatına görə, iclasda çıxış edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, təklif olunan sənəd Konstitusiya qanunu olduğuna görə, altı ay sonra təkrar səsverməyə çıxarılıb. Xatırladaq ki, adı çəkilən Konstitusiya qanununa edilən dəyişiklik ombudsmanın səlahiyyət müddəti ilə bağlıdır. Əvvəlki qanuna görə, İnsan Haqları üzrə Müvəkkil postuna eyni adam bir dəfədən artıq seçilə bilməz, təkrar səsvermədən keçən Konstitusiya qanununun 4.2-ci maddəsinə edilən dəyişikliklərə əsasən isə eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. 4.3-cü maddəyə təklif edilən dəyişiklikdə isə bildirilir ki, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə o səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkil seçildiyi gündən bitmiş hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR