Bank Of Baku

Azərbaycan prezidenti Şamaxıda bir neçə obyektin açılışında iştirak edib

Azərbaycan prezidenti Şamaxıda bir neçə obyektin açılışında iştirak edib
# 26 noyabr 2009 11:35 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov – APA. Azərbaycanın Şamaxı rayonunda səfərdə olan prezident İlham Əliyev əsaslı təmir edilən Tarix Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. APA-nın yerli bürosunun xəbərinə görə, ölkə başçısı daha sonra Şamaxı şəhərindəki Cümə məscidinə baxış keçirib. Qeyd olunub ki, məscid Heydər Əliyev Fondunun vəsaiti hesabına təmir olunacaq.

Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Parkının, parkda yerləşən Heydər Əliyev Mərkəzinin açılışına, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının yeni inzibati binasının açılışına da qatılıb.

Daha sonra ölkə başçısı təmirdən sonra istifadəyə verilən Şahmat Məktəbinə və Mədəniyyət Sarayına baxış keçirib.

Prezident İlham Əliyev Şamaxı rayonunda yerləşən Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasında aparılan təmir işlər ilə də tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR