Bank Of Baku

Azərbaycan parlamenti bəzi sənədləri ratifikasiya edib

Azərbaycan parlamenti bəzi sənədləri ratifikasiya edib
# 26 noyabr 2009 12:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan sazişini təsdiq edib. APA-nın xəbərinə görə, sənəd haqqında deputat Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, belə bir sazişin təsdiqi türkdilli ölkələr arasında əməkdaşlığı daha da dərinləşdirəcək. Saziş təsdiqləndikdən sonra “Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısının Naxçıvan Bəyannaməsi” də qəbul edilib. İclasda, həmçinin Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamə, Azərbaycanla Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycanla Rumıniya hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında saziş layihələri təsdiqlənib.

Millət vəkilləri, həmçinin “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” və “Avropa memarlıq irsinin qorunmasına dair” Konvensiyaları, “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik olunması haqqında layihələri və bir neçə qanuna əlavə və dəyişikliyi qəbul ediblər.

Milli Məclisin növbəti iclası dekabrın 4-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR