Bank Of Baku

MSK Müsavat və Ümid partiyalarının müraciətlərini təmin edib

MSK Müsavat və Ümid partiyalarının müraciətlərini təmin edib
# 26 noyabr 2009 14:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı müraciətlərə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi öz müraciətində Sumqayıt bələdiyyəsindən namizədliyini irəli sürmüş partiyanın 6 nümayəndəsinin namizədliyinin 41, 42 və 43 saylı Sumqayıt seçki dairələri tərəfindən əsassız olaraq qeydə alınmadığını qeyd edib. N. Məmmədovun sözlərinə görə, araşdırma zamanı bəlli olub ki, həmin şəxslərdən birinin namizədliyi artıq qeydə alınıb: “Digər şəxslərin qeydə alınmamasına səbəb kimi isə seçici imzalarının həmin şəxslərin öz namizədliklərini irəli sürdüyü seçki dairəsinin ərazisindən toplanmaması əsas gətirilib. Amma həmin şəxslər Sumqayıt bələdiyyəsinə öz namizədliklərini irəli sürüblər və bu bələdiyyəyə seçkiləri həm 41, həm 42, həm də 43 saylı Sumqayıt seçki dairələri tərəfindən həyata keçirir. Ona görə də namizədlər həmin dairələrin hər birindən imza toplamaq hüququna malikdirlər”.

MSK üzvləri adıçəkilən DSK-ların qərarlarını əsassız sayıb və partiyanın Sumqayıt bələdiyyəsinə irəli sürdüyü 5 üzvün namizədliyini qeydə alıb.

İclasda Ümid Partiyasının Zaqatala bələdiyyəsinə irəli sürdüyü 2 namizədin 111 saylı Zaqatala-Balakən seçki dairəsində qeydə alınmaması barədə şikayətinə baxılıb və müraciətin əsaslı olduğu bildirilərək həmin şəxslərin namizədliyi qeydə alınıb.

Bundan başqa Ümid Partiyasının Əmircan bələdiyyəsinə irəli sürdüyü namizədin, Demokratik İslahatlar Partiyasının isə Qəbələ bələdiyyəsinə irəli sürdüyü namizədin qeydə alınmaması barədə şikayətlər MSK tərəfindən əsassız sayılıb və təmin edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR