Bank Of Baku

Namizədlərin qeydiyyatı ilə bağlı MSK-ya şikayətlərin verilməsi üçün müəyyən olunmuş müddət başa çatıb

Namizədlərin qeydiyyatı ilə bağlı MSK-ya şikayətlərin verilməsi üçün müəyyən olunmuş müddət başa çatıb
# 28 noyabr 2009 08:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkiləri ilə bağlı namizədliyin qeydə alınması mərhələsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətlərin verilməsi üçün müəyyən olunmuş müddət başa çatıb. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Saryev məlumat verib. Onun sözlərinə görə qurumun son iclasında 50-yə yaxın müraciətə baxılıb. Dairə Seçki Komissiyalarının qeydiyyata almaqdan imtina etdiyi Müsavat Partiyasının 19, Ümid Partiyasının 18, Müasir Müsavat Partiyasının 2, Kommunist Partiyasının 1, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Azərbaycan Demokrat Partiyasının 2 üzvünün və 8 bitərəfin namizədliyinin qeydə alınması barədə qərar qəbul edilib. Bununla bərabər namizədliyini özü tərəfindən irəli sürmüş 10 nəfərin qeydiyyatından imtina edilib. Bunların arasında Sumqayıt bələdiyyəsinə öz namizədliyini irəli sürmüş Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR