Bank Of Baku

Aydınlar Partiyası parlament seçkiləri ərəfəsində seçki bloklarına qoşulacaq

Aydınlar Partiyası parlament seçkiləri ərəfəsində seçki bloklarına qoşulacaq
# 28 noyabr 2009 09:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bir neçə gün əvvəl dövlət qeydiyyatına alınan Azərbaycan Aydınlar Partiyası (AAP) gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində digər partiyalarla seçki bloku yarada bilər. APA-ya açıqlamasında partiyanın sədri Qulamhüseyn Əlibəyli bildirib ki, bundan sonrakı mərhələdə onlar Azərbaycanın əksər bölgələrdə təşkilatlanmağa çalışacaqlar: “Növbəti parlament seçkilərinə start verilənə kimi Azərbaycanın bütün rayonlarını və bütün seçki dairələrini əhatə edən təşkilati bir struktura malik olmaq niyyətindəyik”. Q. Əlibəyli partiyanın siyasi kursunda hər hansı dəyişikliyin olmayacağını vurğulayıb: “Biz siyasi kursumuzu elan etmişik ki, siyasi fəaliyyətimizin əsas forması olaraq seçkilərdə iştiraka üstünlük veririk. Digər formalardan, kütləvi aksiyalar və digərlərindən də imtina etmirik. Bələdiyyə seçkiləri başa çatandan sonra parlament seçkilərində iştirak formasını müəyyənləşdirəcəyik. Bu sahədə ilkin olaraq digər siyasi partiyalarla əməkdaşlığa hazır olduğumuzu bildiririk. Biz siyasi bloklaşmaya üstünlük vermirik və bundan imtina edirik. Amma seçki bloklarında iştirak etməkdə maraqlıyıq. Ona görə də ola bilsin ki, parlament seçkiləri ərəfəsində müxalifətyönlü partiyalarla hansısa blok yaradaq və seçkilərdə birgə iştirak edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR