Bank Of Baku

Xankəndi seçki dairəsində seçicilərin sayı artıb

Xankəndi seçki dairəsində seçicilərin sayı artıb
# 01 dekabr 2009 10:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 122 saylı Xankəndi seçki dairəsində qeydiyyatda olan seçicilərin sayı 4457 nəfərə çatıb. Bu barədə APA-ya 122 saylı Dairə Seçki Komissiyasının sədri Allahverdi Doluxanov məlumat verib. Onun sözlərinə görə, bələdiyyə seçkiləri ilə bağlı digər seçki dairələrində olduğu kimi, 122 saylı DSK-da da seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir. A. Doluxanov bildirib ki, seçicilərin sayının artması yalnız vətəndaşların səsvermə yaşına çatması hesabına olub. O, başqa seçki dairələrindən 122 saylı DSK-ya seçicilərin transfer edilmədiyini vurğulayıb.

A. Doluxanov onu da qeyd edib ki, 122 saylı DSK yaranan zaman Xankəndində yaşayan bir sıra erməni mənşəli Azərbaycan vətəndaşları seçici siyahılarına düşmək üçün ayrı-ayrılıqda həm onlara, həm də Mərkəzi Seçki Komissiyasına müraciət ediblər: “Amma sonradan bu müraciətlər dayandı. Bəlli oldu ki, Ermənistan hakimiyyəti həmin vətəndaşlara təzyiqlər edib və onlar bu yoldan çəkinməyə məcbur olublar”.

DSK sədri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyəcəklərini də əlavə edib. Bələdiyyə seçkiləri digər məcburi köçkün rayonlarını təmsil edən DSK-lara olduğu kimi, 122 saylı DSK-ya da şamil olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR