Bank Of Baku

Əmirəli Lahrudi: “Azərbaycan iranlı mühacirlərə həmişə qardaş qayğısı göstərib”

Əmirəli Lahrudi: “Azərbaycan iranlı mühacirlərə həmişə qardaş qayğısı göstərib”
# 01 dekabr 2009 12:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. İranlı Mühacirlər Cəmiyyətinin (İMC)ə sədri Əmirəli Lahrudi cəmiyyətin IV konfransının yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, konfransın 4 ildən bir keçirildiyini bildirən Ə. Lahrudinin sözlərinə görə, qurum 1992-ci ildə Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyata alınıb. O, İrandan dəfələrlə azərbaycanlıların mühacirət etdiyini, onların daha çox Azərbaycana üz tutduğunu bildirib: “İlk mühacirət dalğası “21 Azər” hərəkatının iştirakçıları olan fədailəri, inqilabın təşkilatçısı sayılan Azərbaycan Demokrat Firqəsinin üzvlərini, onların ailələrini bu ölkəyə gətirdi. Mühacirlərin iş və mənzillə təminatı, ali təhsil almaq imkanları əldə etməsi, elmi fəxri adlara, digər mükafatlara layiq görülmələri qardaş qayğısının əyani nümunələridir”.

Ə. Ləhrudi ötən konfransdan sonra cəmiyyətin saytının yaradıldığını deyib. Bu saytda Azərbaycan və fars dillərində İranda gedən proseslərə münasibəti açıqlayan yazılar yerləşdirildiyindən, bu nümunələr İranda və Avropa ölkələrində maraq doğurub. Əmirəli Lahrudi Qarabağ döyüşlərində şəhid olan mühacir övladları il bağlı “Qəlb yarası 2”, Seyid Cəfər Pişəvərinin rəhbəri olduğu Azərbaycan Milli Məclisinin qanun və qərarlarının, Pişəvərinin, Qulam Yəhyanın və özünün “Xatirələr” kitablarının da nəşr olunduğunu deyib.

O, IV konfransda cəmiyyətin rəhbərliyində bəzi dəyişikliklərin edildiyini, gənclərin rəhbərlikdə təmsil olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR