Bank Of Baku

Yorqo Papandreu: “Həmsədrlər mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün Azərbaycan və Ermənistan prezidentlərinin səylərini yorulmadan dəstəkləyir”

Yorqo Papandreu: “Həmsədrlər mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün Azərbaycan və Ermənistan prezidentlərinin səylərini yorulmadan dəstəkləyir”
# 01 dekabr 2009 13:06 (UTC +04:00)
APA-nın Afinaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Y. Papandreu həlli gecikən münaqişələrin həllinin vacibliyini vurğulayaraq Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səylərinə diqqəti cəlb edib: “Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərini mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün yorulmadan dəstəkləyir. Burada, Afinada biz bu prosesə bütün ATƏT üzvlərinin dəstək verdiyinə əmin olmaqdayıq. Buna baxmayaraq, münaqişənin həlli yolunda həm ATƏT-ə sədrlik edən tərəf, həm də bütün üzv ölkələr daha çox səy göstərməlidir”.

Y. Papandreu ümid etdiyini bildirib ki, gələn il təşkilata sədrlik edəcək Qazaxıstan münaqişənin həllinə öz töhfəsini verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR