Qüdrət Həsənquliyev: “Biz Ermənistanla razılığa gəlsək belə, Rusiya istəməsə, münaqişə həll olunmayacaq” - MÜSAHİBƏ
- Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması ilə bağlı təklifiniz bir sıra dairələrdə etirazla qarşılanıb. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan 20 ilə yaxındır işğal altında olan torpaqlarını azad edə bilmir. Biz bilirik ki, Ermənistan torpaqlarımızı Rusiyanın dəstəyi ilə işğal edib. Ona görə də danışıqları Ermənistanla yox, Rusiya ilə aparmaq lazımdır. Rusiya Azərbaycanın təkliflərini qəbul edərsə, Qarabağ probleminin ədalətli, beynəlxalq hüquqa uyğun həllini dəstəkləyərsə, yaxın müttəfiqi olan Ermənistanı da buna sövq edərsə, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu təmin edərsə, o zaman Rusiyanın da Azərbaycanda maraqları nəzərə alına bilər. İstər enerji daşıyıcılarının ixracı məsələsində, istərsə də Azərbaycanda Rusiya hərbi bazasının yaradılması, sərhədlərin birgə qorunması və Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması məsələləri ilə bağlı müvafiq addımlar ata bilərik. Amma bunu məqsədyönlü şəkildə belə qələmə verirlər ki, guya bu addımlar Avropaya inteqrasiyadan imtina etmək demək olar. Qətiyyən belə deyil. Qazaxıstan KTMT-yə daxil olmaqla nə itirib və yaxud Azərbaycan kənarda qalmaqla nə qazanıb? Qazaxıstan gələn il ATƏT-in sədri olacaq, Türkiyə ilə də münasibətləri Azərbaycandan daha yaxşıdır. Qazaxıstan və Rusiyanın özü Avropa ilə sıx əməkdaşlıq edir. Bundan başqa, Azərbaycanın İranla problemi var, Xəzər dənizində də ərazi bütövlüyünü bərpa edə bilmir. İran imkan vermir ki, Azərbaycan öz ərazilərindəki yataqlardan istifadə etsin. Bu məsələdə də Rusiya Azərbaycana dəstək ola bilər.
Bəs Qərb Azərbaycana nə təklif edir? Qərb hətta Azərbaycanla qanı, canı bir olan Türkiyəni məcbur edir ki, Ermənistanla hər cür əlaqələr qursun. Müharibənin gedişində Türkiyəni məcbur etdilər ki, Ermənistana taxıl versin, hava məkanını açsın. Azərbaycana təklif edirlər ki, referenduma qədər Dağlıq Qarabağa xüsusi status verilsin. Ona görə də Azərbaycan öz siyasətində çevik olmalı, Rusiya qarşısında bu təkliflərlə çıxış etməlidir. Rusiyanın bu təklifləri qəbul edəcəyindən əmin deyiləm. Əgər Rusiya bizim şərtləri qəbul edərsə, o zaman dövlətlərarası strateji müttəfiqlik haqqında sənəd imzalana bilər. Qəbul olunmasa, Azərbaycan Neft Fondunda toplanmış vəsaitin hamısını ordunun ən müasir silahlarla təmin olunmasına sərf etməli, peşəkar ordu yaratmalı, hətta Rusiya-Ermənistan ittifaqında qarşı getməkdən belə çəkinmədən torpaqlarını azad etməlidir. Çünki hər keçən gün Dağlıq Qarabağı Azərbaycandan uzaqlaşdırır.
- Həm vaxtilə sizin təmsil olunduğunuz hakimiyyət, həm də hazırkı iqtidar hər zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağın əleyhinə çıxış edib. Belə olan halda bu təklif haradan qaynaqlandı?
- Bu təklifi irəli sürməyimin səbəbi problemin 20 il müddətində həll olunmamasıdır. Qərb Dağlıq Qarabağın müstəqilliyinə yol açan təkliflərlə çıxış edir. Ona görə də bildirirəm ki, əgər Rusiya bizim təkliflərimizi qəbul etsə, o zaman biz də Rusiyanın qarşısında güzəştə getməliyik. Bu, daha faydalıdır, nəinki Qərbin qarşısında güzəştlərə gedib Qarabağı itirmək. Artıq SSRİ-nin bərpası təhlükəsi yoxdur. Mən arzu edirəm ki, Azərbaycan tərəfindən bu təklif irəli sürülsün və Rusiya da bunu qəbul etsin. Digər tərəfdən, Azərbaycan hazırda Rusiya-Ermənistan ittifaqı ilə vuruşmağa hazır deyil. Ona görə də istəyirəm ki, qeyd etdiyim təkliflər gündəmə gətirilsin. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olaraq da Avropaya inteqrasiya kursunu davam etdirə bilər. Biz bu gün Ermənistana güzəşt etməyə, Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazır olduğumuzu bildiririk. Mən deyirəm ki, Rusiyaya da güzəştə gedək. Yəni torpaqları Ermənistan Rusiya ilə birgə işğal etdiyindən Rusiya ilə də danışıqlar aparaq. Biz Ermənistanla danışıqlar aparıb onları razı salsaq belə, Rusiya istəməsə, yenə münaqişə həll olunmayacaq. Ona görə də Rusiya ilə də danışıqlar aparmaq lazımdır. Diplomatiyada bir qədər çevik olmalıyıq.
- Siz həmişə Türkiyəmeylli siyasətçi kimi tanınmısınız. Birdən-birə Rusiyameylli çıxışınız və təklifiniz nəyə xidmət edir?
- Mən yenə də Türkiyəyə yaxın mövqedəyəm. Bir daha qeyd edirəm ki, Qazaxıstanın Türkiyə ilə münasibətləri Azərbaycanın Türkiyə ilə münasibətlərindən aşağı səviyyədə deyil. Biz burada Bakını işğaldan azad edən Nuru Paşaya abidə qoya bilmirik, amma Qazaxıstanda Atatürkə Türkiyədəkindən də böyük abidə ucaldılıb. Nəyə görə belə düşünülür ki, guya biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olanda Türkiyə ilə münasibətlərimiz pozulacaq?
Mənim təklifim Rusiyameylli olmaq deyil, mövcud şəraitdə Rusiyanın maraqlarını təmin etməkdir. Siyasət mövcud olanı əldə etmək imkanıdır. Bu gün qardaş Türkiyəni bizimlə qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalamağa belə qoymurlar. Ona görə də mən deyirəm ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu Rusiya ilə açıq danışıqlardır.
Mən görsəm ki, torpaqların hərbi yolla azad olunması yolu seçilib, bunu tam dəstəkləyərəm. Amma hökumət sülh yolunu tutub. Ona görə də mən təklif edirəm ki, sülh yolu seçilirsə, Rusiyanı Ermənistanın arxasından çəkmək lazımdır.
- Bu təklifinizə dəstək verən varmı?
- Cəmiyyətdə çoxlu sayda sağlam düşüncəli insanlar var ki, onlar yaranmış vəziyyətdə bunu ən rasional təklif kimi qiymətləndirirlər. Təklifi dəstəkləyənlərin biri Pənah Hüseyn olub, amma indi deyir ki, bu, antimilli mövqedir. Fazil Mustafa, Arzu Səmədov və mən bir yerdə əyləşmişdik, bu fikirlərimi onlarla bölüşəndə Arzu Səmədov əleyhinə çıxdı, amma Pənah Hüseyn müdafiə etdi. Bu məsələdə söhbət Pənah Hüseyndən getmir. O, çox bəyanatlar verə bilər. Vaxtilə deyirdi ki, Azərbaycan xalqının 95 faizi istəməsə də biz hakimiyyətdə qalacağıq. Amma Surət Hüseynovun 75 banditi o hakimiyyəti istəməyəndə birinci istefa verib qaçan Pənah Hüseyn oldu.
- Azərbaycanda Rusiyameylli qüvvələr var və onlar həmişə məqam gözləyiblər. Bu təklifiniz onların fəallaşmasına təkan verməzmi?
- Mən bunu deyə bilmərəm. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir. Amma hazırda əsas vəzifəmiz torpaqlarımızı qoruyub saxlamaq olmalıdır. Ona görə də biz böyük qonşumuz və Qarabağ münaqişəsinin arxasında duran qüvvə kimi Rusiyanın müəyyən maraqlarını nəzərə ala bilərik. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaqla müstəqilliyimizə təhlükə görmürəm. Bu gün belə bir təhlükə yoxdur. Hesab edirəm ki, bu blokun daxilində Azərbaycanda demokratik proseslər daha sürətlə inkişaf edə bilər və bu blokun çərçivəsində biz Qərbə daha yaxından inteqrasiya ola bilərik, nəinki təklikdə.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Heqset: ABŞ-İran müharibəsində itkilərlə bağlı məlumatların azaldılması barədə iddialar tamamilə yalandır
ABŞ-ın rəqibləri Qrenlandiyada hərbi baza yerləşdirə bilməyəcək
Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılaşdığını açıqlayıb
Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur