Bank Of Baku

ADP Azərbaycanın xarici siyasətdə Rusiyaya üstünlük verilməsi ilə bağlı çağırışları pisləyib

ADP Azərbaycanın xarici siyasətdə Rusiyaya üstünlük verilməsi ilə bağlı çağırışları pisləyib
# 01 dekabr 2009 14:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) son vaxtlar bəzi güclərin Azərbaycanın xarici siyasətində Rusiyaya birtərəfli üstünlük verilməsi ilə bağlı çağırışları pisləyib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu kimi çağırışlar ADP İdarə Heyəti tərəfindən Rusiya meylli qüvvələrin apardığı gizli fəaliyyətin legitimləşdirmə cəhd kimi dəyərləndirilib. Bu cür cəhdlərin Dağlıq Qarabağ problemin həllinə kömək edəcəyi ilə bağlı fikirləri əsassız hesab edən ADP hesab edir ki, bu cür kurs seçiləcəyi təqdirdə Azərbaycan Qərbin dəstəyindən tamamilə məhrum olacaq. Partiya bildirib ki, bununla bağlı problem yaradan Rusiya öz məqsədlərinə daha asanlıqla çatacaq və Azərbaycanın dövlət müstəqilliyi real təhlükə ilə üzləşəcək.

ADP İdarə Heyəti son vaxtlar Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda əvvəl razılaşdırılmış şərtlərdən fərqli olaraq yeni tələblər irəli sürməsini, Azərbaycana qarşı gülünc genosid iddiasını parlamentdə müzakirəyə çıxarılması cəhdini və Ermənistan prezidentinin Qarabağla bağlı aşkar işğalçı mövqe nümayiş etdirməsini Ermənistanın qeyri konstruktivlik mövqe nümayiş etdirməsi kimi qiymətləndirib.

ADP İdarə Heyəti bələdiyyə seçkiləri ilə bağlı məsələni də müzakirə edib, baş verən qeyri-qanuni halların toplanması və müvafiq instansiyalara müraciət edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR