Bank Of Baku

Prezident və xanımı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub

Prezident və xanımı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub
# 01 dekabr 2009 17:05 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 1-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub. APA-nın məlumatına görə, Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binanın təməli ötən ilin mayında qoyulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası ilk növbədə milli memarlıq ənənələrinə görə fərqlənəcək.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə prezidentə məlumat verib.

Dövlət başçısı burada “Venesiya şəhərciyi” adlanan ərazinin abadlaşdırılmasının vacibliyini bildirib.

Sonra prezident və xanımı muzeyin maketi ilə tanış olub, binanın layihəsinə baxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR