Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub
# 01 dekabr 2009 17:09 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olublar. APA-nın məlumatına görə, yenidənqurma işlərinin gedişi ilə maraqlanan prezident binanın fasadına baxıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə danışıb.

Dövlət başçısı tamaşa salonunda aparılan yenidənqurma işləri ilə də maraqlanıb, yenidənqurmadan sonra teatrın ən müasir standartlar səviyyəsində olmasının zəruriliyini bildirib, müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR