Bank Of Baku

Azərbaycanın bölgələrində Avropa Şurasının yubileyi qeyd olunacaq

Azərbaycanın bölgələrində Avropa Şurasının yubileyi qeyd olunacaq
# 02 dekabr 2009 05:15 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şirvan şəhərində Avropa Şurasının 60 illiyinə həsr olunmuş toplantı keçirəcək.
Şura Katibliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev, Avropa Şurasının Azərbaycan üzrə İnformasiya ofisinin rəhbəri İlqar İbrahimli, yerli icra strukturları və ictimai qurumların təmsilçiləri, Şirvan şəhər ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Toplantı 2 dekabr 2009-cu il saat 12.00-da Şirvan şəhərində olacaq.
Analoji tədbir 3 dekabr 2009-cu ildə Gəncə şəhərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR