Azərbaycan parlamentində “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçirilir
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek
şuranın qadınlara qarşı zorakılığın dayandırılması kampaniyasına 2002-ci ildə start verdiyini deyib. V. Kotek bildirib ki, kampaniya çərçivəsində müəyyən tədbirlər planı var, o cümlədən qadınlara qarşı zorakılığın qarşısını almaq üçün konvensiya layihəsi hazırlanıb: “Zorakılıq problemi dünyanın hər yerində var. Bunun əksini iddia etmək özünü aldatmaq deməkdir”.
UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard da bildirib ki, qadınlara qarşı zorakılıq hər yerdə var. Nümayəndə deyib ki, bu məsələ 2015-ci ilə kimi araşdırılmalı, və bu sahəyə aid qanunlar qəbul olunmalıdır: “BMT hazırda Azərbaycanda sorğular keçirərək bu sahədə vəziyyəti araşdırır. Azərbaycanda qadınlara qarşı zorakılığın dayandırılması ilə bağlı xüsusi qanun layihəsi hazırlanır. Zorakılığın qarşısının alınması dedikdə müəyyən tədbirlərin həyata keçirilməsi - bu sahəyə aid polisin yaradılması, qanunvericiliyin tam formalaşdırılması, xüsusi proqramların qəbulu nəzərdə tutulur”.
ATƏT-in Bakı Ofisin rəhbəri Əli Bilge Cankorel təmsil etdiyi qurumun bu mövzu ilə yaxından maraqlandığını vurğulayıb: “Qonşu ölkələrdə məişət zorakılığının qarşının alınması barədə qanun olsa da, Azərbaycanda bu qanun qəbul edilməyib. Azərbaycanda bununla bağlı qanun layihəsi hazırlanır. Bu qanunun qəbulu ailələrdə mübahisəyə yol açmayacaq. Bu məsələ dövlətin ailələri qoruması anlamına gəlməlidir. Bahar Muradova mənə deyib ki, Azərbaycanda tezliklə belə bir qanun qəbul olunacaq”.
Daha sonra çıxış edən B. Muradova “qarşıdakı ildə biz bu qanunu hazırlayıb, qəbul etməliyik” deyib.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısını almaq üçün mərkəzlərin fəaliyyət göstərdiyini, zorakılıq qurbanlarına yardım olunduğunu açıqlayıb. H. Hüseynova bu mərkəzlərin fəaliyyətinin koordinasiya edilməsinin vacibliyini də bildirib.
Komitə sədri həmçinin 2008-ci ilin statistikasına istinad edərək deyib ki, Azərbaycanda zorakılığa məruz qalanların 77 faizi qadın və uşaqlar olub. Ötən il həmçinin qadınlara qarşı 6 min 352 cinayət olub, onlardan 3 min 408-i məişət zorakılığıdır.
Tədbirin sonunda Qadınlara qarşı zorakılığın aradan qaldırılması gününün 10 illiyi ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət qəbul olunacağı gözlənilir.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Heqset: ABŞ-İran müharibəsində itkilərlə bağlı məlumatların azaldılması barədə iddialar tamamilə yalandır
ABŞ-ın rəqibləri Qrenlandiyada hərbi baza yerləşdirə bilməyəcək
Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılaşdığını açıqlayıb
Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur