Bank Of Baku

“Cənubi Qafqaz bölgəsində geopolitik durum. Yeni risklər, yeni imkanlar” mövzusunda dəyirmi masa keçirilib

“Cənubi Qafqaz bölgəsində geopolitik durum. Yeni risklər, yeni imkanlar” mövzusunda dəyirmi masa keçirilib
# 02 dekabr 2009 13:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının təşkilatçılığı ilə partiya qərargahında “Cənubi Qafqaz bölgəsində geopolitik durum. Yeni risklər, yeni imkanlar” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə Müsavat Partiyasının, AXCP-nin rəhbərliyi və politoloqlar iştirak edib.

Müsavat başqanı İsa Qəmbər tədbirdə çıxış edərək Cənubi Qafqaz regionunda son vaxtlar bir sıra istiqamətlərdə dəyişikliklərin olduğunu deyib. O bildirib ki, bu dəyişiklik Gürcüstanla Rusiya arasında 2008-ci ildə baş vermiş münaqişə ilə başlayıb və hazırda Türkiyə-Ermənistan yaxınlaşması ilə davam edir. İ. Qəmbər yaranmış situasiyada yeni risklərlə bərabər yeni imkanların da olduğunu söyləyib. Partiya başqanı belə bir məqamda Azərbaycan hakimiyyətinin balanslaşdırılmış siyasətinin mənasız olduğunu vurğulayıb.

Müsavat Məclisinin sədri Sülhəddin Əkbər dəyirmi masada məruzə ilə çıxış edib. Partiya rəhbərliyində təmsil olunan politoloq Qabil Hüseynli isə Türkiyənin öz ənənəvi müttəfiqləri ilə münasibətləri pozmaq xətti götürdüyünü vurğulayıb: “Türkiyənin Cənubi Qafqazda irəli çıxmaq şansı azdır. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və bu ölkə tam Rusiyanın nəzarətindədir”.

Tədbirdə Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli, AXCP sədri Əli Kərimli, politoloqlar mövzuya dair fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR