Millət vəkilinin Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması təklifi birmənalı qarşılanmır - SORĞU
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması ilə bağlı təklifinə münasibət bildirən M. Qurbanlı deyib ki, Azərbaycan bloklara qoşulmamaq xəttini götürüb: “Biz o təşkilatlara daxil oluruq ki, orada tam, bərabərhüquqlu üzv oluruq. Amma hərbi siyasi nöqteyi-nəzərdən Azərbaycan hansısa hərbi-siyasi bloka daxil olmamaq xəttinin tərəfdarıdır. Mən düşünürəm ki, Qüdrət Həsənquliyev bu çıxışı ilə qərb ictimai rəyinə müəyyən mənada Azərbaycanın zor qarşısında qaldığını, məcburi addım ata biləcək ehtimalını çatdırmağa cəhd göstərib”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın xarici siyasət xəttində hər hansı dəyişiklik etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir etməyəcək: “Ermənistan bizə təcavüz edib və təcavüzkar dövlətlə birlikdə hansısa hərbi-siyasi bloka daxil olmaq bir qədər anormal görünməlidir”.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə bildirir ki, Rusiya heç bir halda Qarabağ torpaqlarının Azərbaycana qaytarılması ilə bağlı birmənalı öhdəlik götürməyəcək: “Azərbaycan KTMT-yə qoşulsa da, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz üzərinə öhdəlik götürməyəcək. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, onlar indiyə kimi tutduqları xətti davam etdirəcəklər. Ona görə də belə bir öhdəlik olsa, KTMT-yə qoşulmadan da prezidentlər arasında danışıqlarla da anlaşma əldə etmək olar. KTMT-yə qoşulmağın bizə nə istisi, nə də soyuğu var. Amma bu təşkilata qoşulmaq Qarabağ probleminin həllinə kömək etməyəcək”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, Q. Həsənquliyevin səsləndirdiyi təklifin heç bir arqumentini qəbul edə bilmir. Qarabağın vaxtilə rus qoşunları tərəfindən Azərbaycandan qoparılıb ermənilərə verilməsindən hamının xəbərdar olduğunu deyən S. Cəlaloğlu hazırda da Ermənistan ərazisində Rusiya hərbi bazalarının olduğunu bildirir: “Bütövlükdə ruslar bütün dövrlərdə erməniləri dəstəkləyiblər. Bu gün guya qərbin bu məsələdə ikili mövqe tutduğunu əsas gətirib Azərbaycanın KTMT-yə qoşulmasını təklif etmək qərbin açıq olan dəstəyindən də bizi məhrum etməkdir. Bu zaman biz erməni-rus cütlüyü qarşısında tərksilah olarıq. Bu Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində bu vaxta qədər atdığı cəhdlərin üstündən xətt çəkmək deməkdir”.
Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Azərbaycanın KTMT-yə qoşulması, Azərbaycanda Rusiyanın hərbi bazanın yerləşdirilməsi Konstitusiyaya ziddir: “Rusiya qoşunlarının Azərbaycana gəlməməsi üçün münaqişənin həlli bu qədər yubanıb. Gürcüstanda Rusiya qoşunları əvvəldən olub və indi vəziyyətin necə olması bəllidir. Harada rus qoşunları var, orada münaqişələrin tənzimlənməsi ilə bağlı iş yaxşı getmir”.
İndi Rusiyanın Azərbaycanda hərbi bazanın yerləşdirilməsini istəmədiyini deyən M. Əhmədoğlu “bu fikrin ciddi siyasi və informativ dəstəyi olmayacağını düşünürəm” deyib.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasına başlayıb
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Rusiya XİN: Ukraynadakı xarici hərbi kontingentlər qanuni hədəf olacaq
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub - FOTO
CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
ADA Universitetinin dekanı Balaxanı neftçiləri ilə konstitusiya hüquq və azadlıqları ilə bağlı müzakirə keçirib
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Şirkətin 1,4 milyon manatını mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İranın xarici işlər naziri Qətərə gedib
DPA: Drezdendə silahlı şəxs polislərə atəş açıb
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
CENTCOM: 90 dəqiqəlik əməliyyatda İranın Böyük Tonb adasında hərbi obyektlər hədəfə alınıb - YENİLƏNİB
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib - SƏRƏNCAM
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
TRIPP fonduna rus əsilli amerikalı investor rəhbər təyin edilib
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
İdarə rəisi: İlk elektron diplom artıq təqdim edilib
Azərbaycan bu il 10-dan çox ölkəyə 6 mlrd. dollarlıq neft ixrac edib - SİYAHI
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatıb
XİN Qara dəniz hövzəsində təhlükəsizlik riskləri ilə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT