Bank Of Baku

Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası “Euronews”da Dağlıq Qarabağla bağlı yayımlanan reportaja etirazını bildirib

Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası “Euronews”da Dağlıq Qarabağla bağlı yayımlanan reportaja etirazını bildirib
# 03 dekabr 2009 10:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası “Euronews” telekanalında Dağlıq Qarabağla bağlı yayımlanan reportajla bağlı etiraz bəyanatı yayıb. Şuradan APA-ya daxil olan məlumata görə, 66 təşkilatı birləşdirən və Azərbaycanın gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası “Euronews”un mövqeyinə sərt etirazını bildirib: “Biz, Azərbaycan gəncləri, bəyan edirik ki, Qarabağ azərbaycanlıların qədim tarixi yaşayış məskənidir və Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan burada məskunlaşan bütün xalqların ümumi evi olub və olacaq. Təəssüf ki, “Euronews” telekanalında yayımlanan Dağlıq Qarabağla bağlı reportajda Qarabağın tarixi, münaqişənin səbəbləri haqda məlumatlar tamamilə təhrif olunaraq mövcud reallıqlar qərəzli təqdim edilib. Bu kimi ədalətsiz və qərəzli yanaşma Azərbaycanla Avropa ölkələri arasında mövcud münasibətlərin xarakterinə ziddir və etimadın güclənməsinə xidmət etmir. Bu reportaj “Euronews” telekanalının ikili standartlarla çalışdığını sübut edir və bu ikili yanaşma insan hüquqları, demokratiya kimi təməl dəyərlərin təmin edilməsinə ciddi maneələr yaradır” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR