Bank Of Baku

AXCP “Azadlıq” bloku ilə Müsavat Partiyasının parlament seçkilərində birgə iştirakını təklif edəcək

AXCP “Azadlıq” bloku ilə Müsavat Partiyasının parlament seçkilərində birgə iştirakını təklif edəcək
# 03 dekabr 2009 13:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2010-cu il parlament seçkilərində “Azadlıq” bloku ilə Müsavat Partiyasının birgə iştirak etməsi təşəbbüsünü irəli sürəcək. AXCP sədrinin müavini Nurəddin Məmmədli APA-ya bildirib ki, partiya rəhbərliyində bu mövzuda müzakirə aparılıb. O, hələlik partiyalar arasında rəsmi danışıqların aparılmadığını və məsələnin gündəmə gətiriləcəyini söyləyib: “Partiyaların funksionerləri arasında müəyyən müzakirələr aparılıb, amma bu, rəsmi danışıq deyil. Biz ötən parlament seçkilərinin təcrübəsini əsas götürüb belə düşünürük ki, uğur qazanmağın yolu əməkdaşlıqdan keçir”. N. Məmmədlinin fikrincə, “Azadlıq” bloku ilə Müsavat bir yerdə olsa, müsbət nəticə əldə etmək mümkündür.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bu mövzuda AXCP ilə Müsavat arasında hər hansı danışıqlar aparılmadığını qeyd edib: “Müsavatla “Azadlıq” bloku arasında parlament seçkilərində birgə iştirakla bağlı danışıqlar aparıldığı barədə heç bir məlumatım yoxdur”. A. Hacılı adı çəkilən siyasi qüvvələrin parlament seçkilərində birgə iştirakının nəzəri cəhətdən mümkün olduğunu da əlavə edib: “Bunun praktik cəhətdən uğurlu olub-olmayacağı barədə söz demək çətindir. Çünki hazırda bələdiyyə seçkiləri ərəfəsindəyik və parlament seçkilərinə xeyli vaxt qalır. Ona görə də bu məsələlər barədə fikir bildirmək tezdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR