Bank Of Baku

Müsavat Partiyası kütləvi aksiyalar keçirə bilər

Müsavat Partiyası kütləvi aksiyalar keçirə bilər
# 03 dekabr 2009 15:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası dövründə kütləvi aksiyalar keçirə bilər. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, bununla bağlı rayon təşkilatlarından partiya rəhbərliyinə müraciətlər daxil olub: “Biz bu barədə düşünürük və regionlardan gələn təkliflər müzakirə edilir”.

A. Hacılı onu da bildirib ki, gələn həftədən Müsavat Partiyasının namizədlərinin təbliğat kampaniyası genişlənəcək: “Seçkilər yaxınlaşdıqca bu istiqamətdə daha ciddi addımlar atılacaq. İstər Bakıda, istərsə də rayonlarda seçicilərlə görüşlər keçirmək niyyətindəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR