Bank Of Baku

AVCİYA Xaçmazda regional treninq keçirib

AVCİYA Xaçmazda regional treninq keçirib
# 04 dekabr 2009 03:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) şimal bölgəsində bələdiyyə seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilər üçün treninq keçirib.

AVCİYA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri assosiasiyanın şimal regionu üzrə nümayəndəsi Solmaz Mehdiyeva açaraq görülən işlər barədə məlumat verib. Daha sonra AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müşahidənin üç mərhələsi, müşahidəçilərin hüquq və vəzifələri, davranış qaydaları, seçki günü lazım olan sənədlər və digər məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, həmçinin AVCİYA-nın 2004-2009-cu illərdə referendum və seçkilərlə bağlı nəşr etdirdiyi 11 kitab, o cümlədən “2009-cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabı” haqqında da geniş məlumat verib. Seçki Qərargahının əməkdaşı Osman Ağayev seçki günü müşahidəçilərlə əlaqə saxlayacaq operatorların fəaliyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb.

Tədbirin sonunda müşahidəçilərin sualları cavablandırılıb və onlara seçki günü lazım olan vəsaitlər təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR