Bank Of Baku

Azərbaycan Milli Məclisi Dövlət Bayrağı Günü təsis edib

Azərbaycan Milli Məclisi Dövlət Bayrağı Günü təsis edib
# 04 dekabr 2009 10:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, sənəd haqqında sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. H. Rəcəbli qeyd edib ki, layihədə Azərbaycanda 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd olunması, həmin günün qeyri-iş günü olması təklifi əksini tapıb.

H. Rəcəbli bayrağın Azərbaycanın dövlət atributlarından biri olduğunu xatırladaraq, bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Müzakirələrdə çıxış edən deputat Nəsib Nəsibli bir sıra təkliflərlə çıxış edib. Deputat 20 yanvar tarixinin - Dirəniş Günü, 28 may tarixinin - Milli İstiqlal Günü, 18 oktyabr tarixinin - Müstəqilliyin Bərpası Günü, 15 sentyabr tarixinin - Bakının İşğaldan Azad Olunması Günü və Türkiyə-Azərbaycan Dostluq Günü kimi qeyd olunmasını təklif edib. O, eyni zamanda 9 may - Faşizm Üzərində Qələbə Gününün ləğv olunmasını təklif edib.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bu təkliflərin heç birinin real və düzgün olmadığını deyib. Birinci vitse-spiker 20 yanvarı bayram kimi qeyd etməyin yolverilməz olduğunu bildirib.

Müzakirələrdən sonra Məcəlləyə təklif olunan əlavə və dəyişiklik təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR